“Azərbaycana vurduğum qolların mənə köməyi dəyəcək”

14:56 - 29 Mart 2017

“İlk hissədə yaxşı oynamadıq. Ancaq ikinci hissədə oyuna nəzarəti ələ aldıq və qollarımızı vurdurq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Türkiyənin 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Kubilay Kanatsızkuşa məxsusdur.

 

Abdullah Ercanın komandası ötən gün “Kasımpaşa”nın stadionunda azərbaycanlı həmyaşıdları ilə yoxlama oyununda böyükhesablı qələbəyə sevinib.

 

Oyuna sonradan daxil olan və 2 qol vuran “Bursaspor”un futbolçusu matçı belə şərh edib: “Çempionatda uzun müddətdi qol vura bilmirdim. Məncə, Azərbaycana vurduğum qolların mənə köməyi dəyəcək. Bu qollar mənə xüsusi motivasiya verdi. Ümid edirəm ki, qollarımın davamını çempionatda, komandamızın heyətində də gətirəbiləcəyəm”.

 

20 yaşlı futbolçu adının Superliqada mübarizə aparan klublarla hallanmasına da münasibət bildirib: “Mən “Bursaspor”un futbolçusuyam və komandamın gələcəyi haqda düşünürəm. Bu xəbərlərin yayılması mənə heç bir təsir etmir. Qarşıdakı oyunlarda əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

Xəbər xətti