"Qalatasaray"ın əfsanəvi kapitanı Bülənt Qorxmaz Azərbaycana səfər etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, mütəxəssis Bakıda mayın 10-dək davam edəcək "Baku Shopping Festival"a qatıla biləcəyini deyib.
Festivalın saytına danışan Qorxmaz bunları deyib:
“Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”.
Xatırladaq ki, Bülənt Qorxmaz 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.
saytlarin hazirlanmasi