Ədəbsiz jestə görə 1 oyunluq cəza verildi

17:55 - 12 May 2017

“Beşiktaş”ın futbolçusu Anderson Taliska 1 oyunluq cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb. Super Liqanın 30-cu turunda "Fənərbaxça” ilə oyunda (1 - 1) rəqib komandanın qapıçısı Volkan Dəmirələ orta barmağını göstərən 23 yaşlı yarımmüdafiəçi növbəti oyunu buraxacaq.

 

Qeyd edək ki, "Beşiktaş" növbəti oyununu səfərdə "Bursaspor"a qarşı keçirəcək.

Xəbər xətti