"Beşiktaş" Taliska ilə bağlı qərar verdi

15:48 - 23 May 2017

"Beşiktaş" mövsümün əvvəlində "Benfika"dan icarəyə götürdüyü Anderson Taliska barədə qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu braziliyalı yarımmüdafiəçi ilə müqaviləni uzadıb. Talsika daha bir il "qara qartallar"da icarə əsasında çıxış edəcək. Bu barədə məlumatı klubun prezidenti Fikrət Orman məlumat verib.

 

Fikrət Orman "Portu"dan icarəyə götürülən Vinsent Abubakarın da transferi ilə bağlı danışıqların getdiyini bildirib.

Xəbər xətti