"Xəzər Lənkəran"ın sabiq futbolçusu Etame Mbillanın yeni klubunun adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, son olaraq "Antalyaspor"da çıxış edən futbolçu "Alanyaspor" klubu ilə anlaşıb. Kamerunlu hücumçu Alanya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 

 

Qeyd edək ki, son klubu "Antalyaspor" olan Mbilla 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib.