Türkiyə Super Liqasında yeni baş məşqçi

00:32 - 24 İyun 2017

Türkiyənin "Osmanlıspor" komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, Ankara təmsilçisi Bülənt Uyğunla anlaşıb. Təcrübəli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. 45 yaşlı çalışdırıcı bu postda Hamza Hamzaoğlunu əvəz edəcək.
 
Qeyd edək ki, Bülənt Uyğunun son iş yeri aşağı liqaya düşən "Qaziantepspor" klubu olub.

Xəbər xətti