UEFA "Beşiktaş"ın şikayətinə rədd cavabı verdi

13:56 - 18 İyul 2017

Avropa Liqasının 2016/17 mövsümünün 1/4 final mərhələsi çərçivəsində baş tutmuş “Lion” - “Beşiktaş” oyunu zamanı baş vermiş hadisələrə görə UEFA hər iki kluba 2 il sınaq müddəti olmaqla, 1 il avrokuboklardan kənarlaşdırma cəzası vermişdi.

 

Sportal.az xəbər verir ki, bu cəzadan sonra İstanbul klubu UEFA-ya cəzanın ləğv edilməsi üçün şikayət etmişdi. Lakin “qara qartalların”ın şikayətinə müsbət cavab verilməyib.

 

Belə olan halda iki mövsüm ərzində “Beşiktaş”ın oyununda azarkeşlərlə bağlı qalmaqal yaşansa, klub bir il müddətinə avrokuboklardan kənarlaşdırılacaq.

Xəbər xətti