"Beşiktaş"ın stadionunun adı dəyişdirildi

17:29 - 21 İyul 2017

Türkiyənin “Beşiktaş” klubu ev oyunlarını keçirdiyi “Vodafon Arena”nın adını rəsmən dəyişdirib.

 

Sportal.az xəbər verir ki, “qara qartallar”ın stadionu bundan sonra “Vodafon Park” adını daşıyacaq. Artıq stadionun ətrafındakı tablolarda da “Vodafon Arena” yazıları sökülərək, əvəzində “Vodafon Park” yazılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl açıqlama verərək bildirmişdi ki, “arena” sözlərini stadionların adlarından çıxarmaq lazımdı. “Beşiktaş” Türkiyə prezidentinin bu tapşırığına əməl edib.

Xəbər xətti