Sərgən Yalçının yeni iş yeri müəyyənləşdi

17:19 - 30 İyul 2017

Sərgən Yalçının yeni iş yerinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Türkiyə 1-ci liqasında çalışacaq. Belə ki, o, "Əşkişəhər" klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Sərgən Yalçının son iş yeri Super Liqa təmsilçisi "Kayserispor" olub.

Xəbər xətti