"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XXVI turunda "Sumqayıt"la evdə 1:1 hesabıyla heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
Sportal.az Sport24.azsaytına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Həmişəki kimi, şablon sözləri deməliyik. Meydana qələbə üçün çıxmışdıq. Maraqlı oyun keçdi. "Sumqayıt"a uğurlar arzulayıran. İki çətin oyununuz qalıb. Bildiyiniz kimi, son 2 turda rəqiblərimiz olacaq "Zirə" və "Neftçi" avrokuboklar uğrunda mübarizə aparır. Biz də sonadək mübarizə aparacağıq ki, xal toplayaq. İstəyirdik ki, bu oyunda qalib gələk. Fikrimcə, bu gün qalib gələn tərəf biz olmalı idik. Ancaq əfsuslar olsun kİ, bir epizodda səhvdən qapımızda qol gördük. Hakimləri qınamıram. Ancaq mənə elə gəldi ki, orda cərimə zərbəsi vardı. Dünən hamınız gördünüz ki, Avropa Liqasının yarımfinalında "Zalsburq" - "Marsel" oyununda hakimin kobud səhvi qapıya qola nəticələndi. Bizdə də belə bir şey oldu. Yan xətt hakiminin gözününü qarşısında top rəqibdən çıxdı, ancaq əleyhimizə aut verdi. Bu epizod da qapımıza qolla nəticələndi. Həmin epizoddakı səhv olmasaydı, yəqin ki, biz qalib gələcəkdik. Komandamdan razı qaldım. Futbolçularımız meydanda yaxşı, əzmkar oyun göstərdilər.
- İlk əvəzləməniz zamanı azarkeşlər qərarınıza kəskin etiraz etdi. Quili Mandqaladzeni zədəyə görə əvəzlədiniz?
- Bəli, onlar bu əvəzləməmdən narazı oldular. Ancaq azarkeşlərə tərəf çönüb deyə bilmərəm ki, oyunçu zədələnib.
- Gürcü futbolçunuz axsayaraq meydanı tərk etdi...
- İlk hissədən sonra onu əvəzləmək istəyiridk. Həkimimiz fasilədə ayağına ağrəkəsici iynə vurdu və belə meydana çıxdı. Dedi ki, baxım, oynaya bilsəydi, axıradək mübarizə aparacaqdı. Ancaq iynə vurulandan sonra da onda ağırılar oldu. Hansı məşqçi yaxşı futbolçularından kimisə əvəzləyə bilər? Azarkeşlərimiz gərək onu biləydi ki, Quili zədələnib. O, meydanda da asxaya-axsaya çıxdı.
- Bəs Şəhriyar Əliyevin əvəzlənməsi zamanı yaranan anlaşılmazlıq nəylə bağlı idi?
- Onunla bağlı da gözlənilməz əvəzləmə etdim. Bu da ondan irəli gəldi ki, Şəhriyar zədələnən kimi dərhal əlini qaldırdı. Ancaq həkimi çağıranda əl qaldırmırlar. Futbolçu yıxılır, həkim köməyə gəlir. Ancaq Əliyev əlini elə qaldırdı ki...Mən də istəmədim ki, komandamız meydanda 1 dəqiqə olsun belə 10 nəfərlə qalsın. Ona görə dərhal Şəhriyarı əvəzlədim. Bundan sonra o dedi ki, yaxşıyam, oynaya bilərəm. Ancaq artıq gec idi. Ancaq nə Şəhiryarı, nə də Qulili əvəzləmək fikrim vardı. Sadəcə, bunu məcburiyyət qarşısında etdim.