"Kəpəz" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

10:30 - 18 May 2018

"Kəpəz" Topaz Premyer Liqasının sonuncu - 28-ci turunda doğma meydanda "Neftçi"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, tarixi derbiyə Bakıda hazırlaşan "sarı-göylər" bu gün Gəncəyə gedir. Komanda qarşılaşmanın hazırlığını bu gün və  sabah doğma şəhərdə davam etdirəcək.

 

Gəncə təmsilçisi "Neftçi" ilə matça itkilərlə çıxacaq. Zədəli olan yarımmüdafiəçi Dieqo Qusmao və müdafiəçi Dedimar Fereyra "Neftçi"yə qarşı oynamayacaq. "Zirə" ilə oyunda (1:2) qırmızı vərəqə alan Kamran Abdullazadə də mövsümün son matçında komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Kəpəz" - "Neftçi" qarşılaşması 20 may tarixində saat 17:15-də baş tutacaq.

Xəbər xətti