Topaz Premyer Liqasının sonuncu – 28-ci turunda Gəncədə “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını başa vurub.
Sportal.az xəbər verir ki, “sarı-göylər”in cari mövsümdə doğma meydandakı son məşq prosesi 1 saatdan çox çəkib. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq toplu çalışmalarla davam edib. Məşq ikitərəfli oyunla başa çatıb.
“Kəpəz” Bakı təmsilçisi ilə oyuna itkilərlə çıxacaq. Müdafiəçilər Dedimar Ferreyra, İqor Korotetski, yarımmüdafiəçilər İlyas Səfərzadə, Ceyhun Cavadov və hücumçu Şadon Vinçester zədəli olduqlarından oyunu buraxacaqlar. Kamran Abdullazadə isə cəza səbəbindən kənarda qalacaq.
İtkilərin yerini doldurmaq üçün baş məşqçi Yunis Hüseynov əvəzedici heyətin 6 üzvünü əsas komandaya cəlb edib. Cavid Əskərov, Qaraxan Əliyev, Emin Zamanov, Şöhrət Quliyev, Əli Səmədov və Emin Zamanov bu günkü məşqə qatılıb.
saytlarin hazirlanmasi