"Kəpəz"dən ayrılan Sergey Litovçenko karyerasını Ukraynada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə 30 yaşlı qapıçı ölkəsinin mətbuatına açıqlamasında deyib. Ukraynalı əlcək sahibi hazırda azad agent statusunu daşıdığını və təkliflər aldığını deyib:
Kəpəz"dən ayrılmışam və hazırda azad agent statusu daşıyıram. Özümə yeni klub axtarıram. Karyeramla bağlı yekun qərar verməmişəm. Ukraynadan və başqa bir neçə yerdən təkliflər almışam".
Qış fasiləsində Tiblisi "Dinamo"sundan "Kəpəz"ə keçən Litovçenko 14 oyuna qapısında 18 top görüb.
saytlarin hazirlanmasi