"Hələ ki, heç bir təklif yoxdur. Xəbər yoxdur. Klubsuzam. Gözləyirik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"dən ayrılan Davud Kərimi deyib. O, yenidən Gəncə klubunda oynamaq potensialından danışıb:
"Mənimlə danışan olmayıb. Heç bilmirik ki, orda vəziyyət necə olacaq. Maliyyə şərtləri yaxşı olsa, niyə də oynamayaq? Lazım olsa, zəng edəcəklər"
Təcrübəli qolkiper I Divizionda limit dəyişikliyinə münasibət bildirib:
"Limit dəyişikliyi çətin olacaq. Bu, AFFA-nın qərarıdır. Yəqin ki, gələcəyi düşünüb addım atıblar. Kim güclüdürsə, o da oynayacaq. Limitdə dörd sərbəst futbolçuya yer verilməsi azdır. Bunu altı etsəydilər, daha yaxşı olardı. Mən belə düşünürəm. Amma qərar verilib, buna hörmət etməliyik".
saytlarin hazirlanmasi