"Kəpəz"dən ayrılan futbolçu Litva klubunda

16:06 - 1 Avqust 2018

"Kəpəz"dən ayrılan Tural Rzayevin yeni klubu bəlli olub.  

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşayacaq. Rzayev Litvanın A Liqasında mübarizə aparan "Yonava" klubu ilə 1 illik müqavilə bağlayıb. Rzayev "Yonava"da 10 nömrəli forma altında çıxış edəcək.  

 

2015-ci ildən "Kəpəz"də oynayan Tural kayerası ərzində "Ağsu" və "Zirə" kimi komandalarda forma geyinib.  

 

Qeyd edək ki, "Yonava" bir müddət öncə "Qəbələ" Futbol Akademiyasının yetirməsi Kamran Quliyevlə 2,5 illik müqavilə imzalayıb.

Xəbər xətti