"Kəpəz" Şəmkirdə hazırlaşır

14:06 - 4 Avqust 2018

Qarşıdakı mövsümə hazırlığını davam etdirən "Kəpəz” Şəmkirdə təlim-məşq toplanışına başlayıb.

 

Sportal.az xəbər verir ki, komanda gündə iki dəfə yerli Olimpiya İdman Kompleksinin stadionunda məşq edir. "Sarı-göylər” saat 09:30 və 17:00-da çalışmalara çıxır. Heyətdə 20 futbolçu yer alıb. Toplanış 10 gün davam edəcək.

 

Hazırlıq dövründə "Kəpəz”in yoxlama oyunları keçirməsi də planlara daxildi. İlk belə rəqib I divizion təmsilçisi "Turan Tovuz” olacaq. Bu gün Tovuzda keçiriləcək matç saat 17:00-da başlayacaq.

Xəbər xətti