Fabreqasa üç oyunluq cəza

18:08 - 15 Avqust 2019

Fransa Futbol Federasiyası "Monako"nun futbolçusu Sesk Fabreqası cəzalandırıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, Liqa 1-in ilk turunda "Lion"la matçda qırmızı vərəqə alan ispaniyalı yarımmüdafiəçi növbəti 3 oyunu buraxacaq. 

 

Leo Dyubuaya qarşı kobud hərəkətlə yadda qalan Fabreqas birbaşa qırmızı vərəqə almışdı.

 

32 yaşlı futbolçu "Mets", "Nim" və "Strasburq"la oyunlarda iştirak etməyəcək.

Xəbər xətti