Florentino Peres: "Bəzi futbolçuları transfer etmək mümkün deyil"

"Real"ın prezidenti transfer siyasətinə görə tənqid edilməsinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 72 yaşlı futbol funksioneri bəzi futbolçuları transfer etməyin mümkün olmadığını bildirib:

 

"Bəzi futbolçular satılmır. Uzun illərdir ki, Robert Levandovskini transfer etməyə çalışırıq, amma alınmır. Çünki satın alma maddəsi yoxdur və "Bayern" də onu satmaq istəmir. Bir yolu yoxdur. Eyni şey Pol Poqbada da oldu. Bəzi futbolçular var ki satılmır. Əgər satmaq istəsələr, onları transfer edə bilərik".

 

Peres ötən mövsümlə müqayisədə daha güclü heyətə malik olduqlarını deyib:


"Heyətimizdə "Qızıl Top"a namizəd göstərilmiş 9 futbolçu var. Komandanın dəyəri isə 1,2 milyard avrodur. Yayda önəmli transferlər etdik. Eden Hazard da onlardan biridir".

Tarix: 12 Sentyabr [11:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio