Messi 700-ə çatdı

12:12 - 1 İyul 2020

"Barselona"ın hücumçusu Lionel Messi karyerasında 700-ci qolunu vurub.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu İspaniya La Liqasının 33-cü turunda "Atletiko" ilə oyunda (2:2) bu rekorda nail olub.

 

33 yaşlı futbolçu La Liqada 441, Çempionlar Liqasında 114, İspaniya Kral kubokunda 53, Argentina millisində 70 dəfə fərqlənib. O, 22 qolu digər rəsmi turnirlərdə vurub. Messi 861-ci oyununda 700-cü qolu vurmağı bacarıb. Leo bundan əlavə, 320 məhsuldar ötürmə verib.

 

Aktiv futbolçulardan 700 qol səddini keçən digər futbolçu hazırda "Yuventus"da oynayan Kriştiano Ronaldodur.

Xəbər xətti