“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Sabah” – “Keşlə” oyunu (1:1) meydan sahiblərinin futbolçuları –Zurab Oçiqava və Tiemoko Fofana üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, start heyətində yer alan və 90 dəqiqə meydanda olan Zurab “Sabah”da ilk oyununu keçirib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində “Sabah”ın bərabərlik qoluna imza atan Fofana isə “Sabah”da qol hesabını açıb.

 

Fil Dişi Sahilindən olan forvard buna Premyer Liqadakı 4-cü oyununda nail olub. 21 yaşlı hücumçu Premyer Liqada “Sabah”ın heyətində qol vuran 25-ci futbolçudur. Yüksək liqada “Sabah”ın heyətində ən çox qol vuran futbolçu Marko Deviçdir (9 qol).

Tarix: 26 Fevral [15:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio