Rüstəm oynadı, komandası Kiyevdə darmadağın oldu

12:45 - 8 Mart 2021

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" Kiyevdə "Dinamo"ya uduzub - 0:3.

 

Ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Nuriyev bu qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb. Əhmədzadə isə start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.

 

"Minay" 17 turdan sonra 13 xalla 14 komanda arasında 13-cüdür.

Xəbər xətti