Çinin "Dalyna Lifan" klubundan ayrılan Slovakiya millisinin futbolçusu Marek Hamşik karyerasını İSveçdə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Göteborq” klubuna keçib. Təcrübəli futbolçu ilə 7 aylıq müqavilə imzalanıb.
Hamşik 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. O, 2019-cu ildə Çin klubuna keçmişdi.
Tarix: 9 Mart [12:01]
|
|
Müəllif: Sportal.az
|