"Barselona" türkiyəli futbolçunu transfer etdi

20:06 - 23 Sentyabr 2021

"Barselona" "Kayserispor"un yarımmüdafiəçisi Əmrə Dəmiri transfer edib.

 

Sportal.az xəbər verir ki, katalonlar 17 yaşlı futbolçunun transferi üçün 2 milyon avro və bonuslar ödəməyi qəbul edib. Gənc oyunçu ilə 6 illik müqavilə imzalanıb.

 

Onun müqaviləsində sərbəst qalma qiyməti 400 milyon avro təyin olunub. Dəmir "Barselona"ya gələn mövsümdən qoşulacaq.

 

Əmrə 15 yaşında Super Liqada qol vurmağı bacarıb.

Xəbər xətti