Sarri açıqladı: İmmobile "Qalatasaray"a qarşı oynayacaq?

20:05 - 8 Dekabr 2021

"Latsio" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində "Qalatasaray"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi bu oyuna ciddi itki ilə çıxa bilər. Belə ki, paytaxt təmsilçisinin hücumçusu Ciro İmmbobile zədəlidir.

 

Roma klubunun baş məşqçisi Mauritsiyo Sarri 31 yaşlı hücumçunun durumu ilə bağlı açıqlama verib. O. İmmobilenin oynamasının sual altında olduğunu deyib: "Hazırda İmmbobilenin oynamaq şansı 50 faizdi. Hər saat ehtimal artır. Bəlkə də matçın gedişində meydana buraxa bilərik".

 

Qeyd edək ki, "Latsio" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti