Yeni transferin “Qarabağ”da tanıdığı futbolçu kimdi?

“Qarabağ”ın yeni transferi Leandro Andrade Ağdam klubunda adaptasiya problemini çəkməyəcəyini ehtimal etmək çətin deyil.

Sportal.az xəbər verir ki, məsələ burasındadır ki, portuqaliyalı futbolçu üçün hazırda “Qarabağ”da oynayan tanışı da var.

Belə ki, o, Patrik Andrade ilə “Çerno More Varna” klubunda da birlikdə çıxış edib.

Bu 2 futbolçu 2020/2021 mövsümünün hazırlığını birlikdə keçsə də, cəmi 1 oyunda eyni anda meydanda olub. Belə ki, onlar Bolqarıstan çempionatının 2-ci turunun "Etar"la(0:4) görüşündə oynayıb.

Sonra isə Patrik mövsümü “Qarabağ”da keçirib. 

Tarix: 14 Yanvar [12:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio