İstanbul klubu baş məşqçi ilə yola davam etdi

21:55 - 20 May 2022

Türkiyənin "Kasımpaşa" klubu baş məşqçi Sami Uğurlu ilə yola davam etmək qərarı verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb.

 

Sami Uğurlu 2012-ci ilin dekabr ayından "Kasımpaşa"nı çalışdırır. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 21 matçda 13 qələbə qazanıb, 3 heç-heçə edib, 5 dəfə isə məğlub olub.

Xəbər xətti