Millimiz Avropa çempionatında iştirak edəcək

20:06 - 24 May 2023

Azərbaycan millisi Sloveniyanın Bled şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq.

Sportal.az xəbər verir ki, turnirdə Bəhmən Nəsiri və Ziya Məmmədzadə mübarizə aparacaqlar. Ziya Məmmədzadə yüngül, Bəhmən Nəsiri isə ağır çəkili avarçəkənlər arasında çıxış edəcəklər. Hər iki idmançı 2 min metr məsafədə yarışacaq.

Avropa çempionatı mayın 25-28-də keçiriləcək.

Xəbər xətti