"Hekken"in futbolçusu: "Qarabağ" evdə yaxşı oynayır"

13:17 - 23 Sentyabr 2023

Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən biri də İsveçin "Hekken" klubudur.

Sportal.az xəbər verir ki, adıçəkilən klubun aparıcı futbolçusu Amor Layuni Ağdam təmsilçisi haqda danışıb.

"Aftonbladet" portalına açıqlama verən tunisli futbolçu Azərbaycan çempionu ilə bağlı bunları bildirib:

"Təbii ki, qrupda ikinci yeri tuta bilərik. "Qarabağ" evdə yaxşı oynayır. Amma biz də nəyə qadir olduğumuzu bilirik. "Bayer"lə matçın böyük hissəsində (0:4) bu səviyyədə oynamağa qadir olduğumuzu da göstərdik".

İsveçdə dünyaya gəlmiş 30 yaşlı hücumçu “Braqe”, “Deqerfors”, “Elverum”, “Bodo-Qlimt”, “Valarenqa”, “Sidney Uondorers”də oynadıqdan sonra 2-2023-cü ildə "Hekken"ə keçib. O, dörd matçda dörd qol vurmağı bacarıb. İsveç vətəndaşı olan Layuni 2019-cu ildə Tunis yığmasında debüt edib.

Xəbər xətti