PSJ-nin müdafiəçisi Madridə qayıdacaq? - "Real" onun evidir"

13:30 - 22 Noyabr 2025

PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin meneceri xarici mətbuata açıqlama verib.

Sportal.az xəbər verir ki, mərakeşli futbolçunun nümayəndəsi onun gələcəkdə sabiq klubu "Real" qayıdışını istisna etməyib:

"Əşrəf zədələndikdən sonra bərpasına və yenidən meydana qayıtmağa tam şəkildə fokuslanıb. O, Parisdə xoşbəxtdir və 2029-cu ilə qədər müqaviləsi var. Amma futbolda heç nə imkansız deyil. "Real" onun evidir, o, orada karyerasına gənclər komandasında başlayıb."

Qeyd edək ki, Əşrəf Hakimi 2015-2020-ci illərdə"Real"da çıxış edib.

Xəbər xətti