"Fənərbaxça" ulduz futbolçu ilə danışıqlara başladı

14:34 - 22 Noyabr 2025

"Fənərbaxça" "Barselona"nın hücumçusu Robert Levandovskini transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi polşalı futbolçu ilə danışıqlara başlayıb. Super Liqa təmsilçisi Levandovskini yanvar ayında heyətinə qatmağı planlaşdırır.

"Fənərbaxça" 37 yaşlı forvarda 1,5 illik müqavilə təklif edib. Təcrübəli oyunçunun tələbi isə 2,5 illik sözləşmədir.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 12 rəsmi matçda 7 qol vurub. Onun İspaniya klubu ilə müqavilə gələn ilin yayında başa çatır.

Xəbər xətti