"Fənərbaxça" norveçli forvard üçün hərəkətə keçdi

15:49 - 5 Dekabr 2025

"Atletiko"nun forvardı Aleksander Sörlotun "Fənərbaxça"ya keçməyə hazırlaşır.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi norveçli forvard üçün danışıqlara start verib.

Onun qışda "Fənərbaxça"nın düşərgəsinə qatılacağı gözlənilir.

Norveçlinin Madrid klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

"Atletiko" öncə onu mövsümün sonuna qədər icarəyə verəcək, daha sonra "Fənərbaxça" Sörlotla rəsmi müqavilə imzalayacaq.

Xəbər xətti