"Yuventus"un hücumçusu əməliyyat olundu - 3-4 ay oynamayacaq

18:53 - 5 Dekabr 2025

"Yuventus"un zədəli hücumçusu Duşan Vlahoviç əməliyyat olunub.

Sportal.az xəbər verir ki, serbiyalı futbolçunun Londonda keçirilən əməliyyatı uğurlu olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" Vlahoviçin yaşıl meydanlara qayıdacağı tarixi açıqlamayıb. Yerli mətbuat isə 25 yaşlı forvardın təxminən 3-4 ay sonra oynamağa hazır olacağını qeyd edib.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövssüm "Yuventus"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti