17 matçda qolu olmayan vinger "Mançester Siti"nin hədəfində

00:50 - 4 Yanvar 2026

"Mançester Siti" "Trua"nın 18 yaşlı vingeri Matis Deturbeyi transfer etməkdə maraqlıdır.

Sportal.az xəbər verir ki, fransız futbolçunun Liqa 2-də komandasının birinci pillədə qərarlaşdığı mövsümdə 17 oyunda 0 qolu və 2 məhsuldar ötürməsi var. Deturbeyin "Trua" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Bildirilir ki, yayda "Roma" futbolçu üçün 10 milyon avro təklif edib və hələ də onu izləməkdə davam edir. Həmçinin alman klubları da maraq göstərir, "Monako" isə artıq qışda transferi reallaşdırmağa cəhd göstərə bilər.

Xəbər xətti