"Bütün dünya üçün də önəmli görüşdür" - "Şamaxı"nın legioneri bu gün Mərakeşə qarşı oynayacaq

15:09 - 4 Yanvar 2026

Bu gün "Şamaxı"nın futbolçusu Alfons Msanqanın şərəfini qoruduğu Tanzaniya millisi Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mərakeş yığmasına qarşı oynayacaq.

Sportal.az saytına açıqlama verən "Şamaxı"nın legioneri turnirə ev sahibliyi edən rəqibə qarşı oyuna yüksək motivasiya ilə çıxacaqlarını bildirib:

"Təbii ki, bu mərhələyə qədər gəlmişiksə, demək ki, mübarizəyə davam etmək olar. Biz Mərakeşlə oyuna da yaxşı hazırlaşmışıq. Dünya üçün də çox önəmli görüşdür. Çünki hər kəs növbəti mərhələyə hansı komandanın vəsiqə qazanacağını görmək istəyir. Oyuna tam hazırıq və növbəti mərhələyə kimin keçəcəyinə qərar vermək üçün 90 dəqiqə gözləməliyik. Pozitivik. Mübarizənin başlamasını gözləyirik. Mən də oynamağa hazıram. Əvvəlki görüşlərdə oynamışam və bu oyunda da komandam üçün ən yaxşısını etməyə çalışacam".

Qeyd edək ki, Msanqa Tanzaniya millisinin qrupda Tunis, Uqanda və Nigeriya yığmalarına qarşı görüşdə 90 dəqiqə meydanda olmuşdu.

Xəbər xətti