Tunis yığmasının futbolçusu İsmael Seyfallah Qarbi karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Napoli” və “Milan” klublarının maraq dairəsindədir.
Tunis millisinin heyətində Afrika Millətlər Kubokunda iştirak etmiş Qarbi bu turnirdəki performansı ilə həmin klubların daha çox diqqətini çəkə bilib.
“Braqa” ilə 2029-cu il iyunun 30-na qədər müqaviləsi qüvvədə olan Qarbi, hazırda “Auqsburq”da icarə əsasında çıxış edir.
Tunisli PSJ-nin yetirməsidir və əsas komandada da oynayıb. Əlavə edək ki, İsmael Fransa U-18, İsaniya U-19 yığmalarında da forma geyinib.
