"Beşiktaş" və "Fənərbaxça" eyni futbolçunu istəyir

20:49 - 4 Yanvar 2026

“Əl-Nəsr”in futbolçusu Marselo Brozoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Beşiktaş”ın transfer siyahısındadır.

“Fənərbaxça”nın da istədiyi xorvatiyalının İstanbul klublarından hansını seçəcəyi hələ ki dəqiq deyil.

Onun “Əl-Nəsr”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Brozoviç “Lokomotiva”(Xorvatiya), “Dinamo”(Zaqreb), “İnter” klublarında oynayıb.
 

Xəbər xətti