Premyer Liqanı tərk edən "Vest Hem"in futbolçusu Kresensio Sammervil karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" niderlandlı vingeri transfer etmək istəyir. Bu barədə "TEAMtalk" məlumat yayıb.
London klubu Sammervil üçün 40 milyon avro tələb edir. "Tottenhem" və "Aston Villa" da 24 yaşlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, "Vest Hem" Kresensio Sammervili 2024-cü ilin yayında "Lids Yunayted"dən 30 milyon avroya transfer edib. Niderland millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
