"Sabah" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "KuPS"la cavab görüşünə çıxacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu bu gün Bakıdan yola çıxıb və artıq Finlandiyaya çatıb.
Qeyd edək ki, "KuPS" - "Sabah" görüşü iyulun 28-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 19:00-da start veriləcək.

















