"Mançester Siti" Xorvatiya millisinin üzvü ilə müqavilə imzaladı

16:21 - 28 İyul 2026

"Mançester Siti" müdafiəçi Yoşko Qvardiolun müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiya millisinin üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2 il sonra baa çatırdı.

Qeyd edək ki, "Mançester Siti" Yoşku Qvardiolu 2023-cü ilin yayında "Leyptsiq"dən 90 milyon avroya transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti