"Bayer"in müdafiəçisi Premyer Liqa nəhənglərinin hədəfində

16:38 - 18 Avqust 2026

"Bayer"in müdafiəçisi Edmond Tapsoba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" burkina-fasolu futbolçunu transfer etmək istəyir. Bu barədə "Fussballdaten" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Tapsobanın təmsilçiləri ilə danışıqlara başlayıb. "Tottenhem" və "Nyukasl" da 27 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır. Almaniya klubu təcrübəli oyunçuya 50 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Bayer" Edmond Tapsobanı 2020-ci  ilin yanvarında Portuqaliyanın "Vitoriya" klubundan 20 milyon avroya transfer edib. Burkina-Faso millisinin üzvü 2025/26 mövsmündə Leverkuzen təmsilçisinin həyətində meydana çıxdığı 44 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti