"Sabah"ın müdafiəçisi: "Mümkünsüz heç nə yoxdur" - FOTO

10:47 - 27 Avqust 2026

"Sabah"ın müdafiəçisi Eden Makkarti instaqram səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, CAR-dan olan futbolçu Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqları haqda bunları yazıb:

"Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə arzum gerçəkləşdi. Allahın planını heç vaxt sorğulamayın! Səs-küyə fikir verməyin, başınızı aşağı salın və növbəniz gələndə hazır olun! Mümkünsüz heç nə yoxdur. Bunu Allah etdi".

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 20:00-da "Sabah"ın ÇL-in liqa mərhələsindəki rəqibləri bəlli olacaq.

Xəbər xətti