Mahir Emreli qol vursa da, komandası Konfrans Liqasında mübarizəni dayandırdı

23:48 - 27 Avqust 2026

Polşanın “Rakuv” klubu, heyətində Azərbaycan millisinin hücumçusu Mahir Emreli olan komanda, Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşıb. İlk görüş 2:2 hesabı ilə başa çatmışdı.

Sportal.az xəbər verir ki, Polşanın Çenstoxova şəhərində keçirilən cavab matçında meydan sahibləri 2:3 hesabı ilə məğlub olublar.

“Rakuv”un ikinci qolunu 88-ci dəqiqədə Mahir Emreli vuraraq hesabı bərabərləşdirib. O, 89-cu dəqiqədə isə sarı vərəqə alıb. Qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub və qonaqlar üçüncü qolu vurublar.

Beləliklə, Mahir Emrelinin komandası avrokuboklarla vidalaşıb.

Xəbər xətti