“Paşa Həyat Sığorta” ASC, “SOCAR Polymer” MMC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB, “CineMastercard” MMC və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 avqust tarixində start götürən tədbir 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Bu düşərgədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edəcək.
Qeyd edək ki, bu layihə 2014-cü ildən “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu və “Azərikimya” İB-nin dəstəyi ilə keçirilir və bu müddət ərzində 1200-dən çox məktəbli bu layihənin iştirakçısı olub.



















