Noyabrın 19–22-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatında yarışacaq Azərbaycan cüdoçuları müəyyənləşib.
Sportal.az xəbər verir ki, ölkəmiz mundialda 14 idmançı ilə təmsil olunacaq.
Cüdoçularımız 10 çəki dərəcəsində (9 oğlan, 5 qız) mübarizə aparacaqlar.
Komandaya gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Qızlar
48 kq
Nərgiz Əhmədova
52 kq
Aysun Məmmədova
57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva
63 kq
Hanna Zaytseva
Oğlanlar
60 kq
Ayxan Mirzəzadə
66 kq
Məhəmməd Musayev
81 kq
Mehdi Abbasov
Cəsur İbadlı
90 kq
Süleyman Şükürov
Aslan Kotsoyev
100 kq
Davud Namazlı
Canpolad Əliyev
+100 kq
Ramazan Əhmədov
saytlarin hazirlanmasi

