"Bursaspor"un sabiq baş məşqçisi Güvənç Kurtar Sportal.az saytına açıqlama verib.
Vaxtı ilə Azərbaycanda da çalışmış türkiyəli mütəxəssis yığma komandamızın üzvü Toral Bayramov haqda danışıb:
"Bursaspor" liqanın ən güclü komandalarından biridir. Əsas məqsədləri də Superliqaya geri qayıtmaqdır. Buna uyğun da yayda heyət yığdılar. Toral da o transferlərdən biri idi, böyük inamla gətiriblər onu. Təbii ki, adaptasiyası, komandanın oyun stilinə uyğunlaşması zaman ala bilər. Amma Toralın yaxşı futbolçu olduğunu bilirəm. Mən hər zaman burada deyirdim ki, Azərbaycanda yaxşı futbolçular var. Toral yavaş-yavaş da oynamağa başlayıb. "Antalyaspor"la görüşdə avtoqolu isə saəcə şanssızlıq idi. Bəzn belə şeylər olur".
Mirbağırağa
saytlarin hazirlanmasi

