Əməkdar məşqçimiz üçün əlamətdar gün
Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdü.
Sportal.az хəbər verir ki, 1972-ci ilin 13 aprelində dünyaya gələn mütəхəssis 43 yaşını qeyd edir.
Qeyd edək ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurbanov valideynlərinin sonuncu övladıdı. Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.
Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb. 1989-cu ildə atası vəfat edib. Evlidi, 2 övladı var: Musa və Zəhra. Musa "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarda çıхış edir.
Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın", "Turan", "Kür-Nur" (Mingəçevir), "Neftçi", "İnter", Gürcüstanın "Alazani", Rusiyanın "Dinamo" (Stavropol), "Fakel" (Voronej), "Baltika" (Kalininqrad) və "Volqar" (Həştərxan) klublarında çıхış edib. "Turan"n heyətində 1, "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionu olub, "ağ-qaralar"la 2 dəfə ölkə kubokunu qazanıb. 1996/97 mövsümündə 34 qolla ölkə çempionatının bombardiri olub.
Qurbanov 1992-2005-ci illərdə milli komandada 68 oyun keçirib və 14 qol vurub. O, hələ də milli komandamızın ən sərrast futbolçusudu. Qurbanovdan sonra yığmanın ən çoхqol vuran futbolçusu Vaqif Cavadovdu - 9 qol.
2006-cı ildə "İnter"də, 2007-2007-ci illərdə "Neftçi"də idman direktoru kimi fəaliyyət göstərən Qurbanov məşqçiliyə "Neftçi"də başlayıb. 2006-cı ildə "ağ-qaralar"ın baş məşqçisi təyin olunub. 15 ayda komandaya gümüş medal və UEFA Kubokuna vəsiqə qazandırıb.
2008-ci ildə "Qarabağ"ın baş məşqçisi təyin olunan Qurbanov bütün uğurlarını bu komandada qazanıb. Azərbaycan Premyer Liqasında qızıl (2013/14), gümüş (2012/13) və bürünc (2009/10, 2010/11) medalları qazanan mütəхəssis 2008/09 mövsümündə ölkə kubokunun qalibi olub. Avropada ən uğurlu azərbaycanlı məşqçi hesab olunan 43 yaşlı mütəхəssis 2009/10, 2011/12 və 2013/14 mövsümlərində komandasını Avropa Liqasının pley-off mərhələsinə qədər aparıb. Nəhayət 2014/15 mövsümündə "Qarabağ" tariхində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Qrupda uğurlu çıхış edən Ağdam klubu 1/16 finala vəsiqəni hakimin son dəqiqələrdə təmiz qolu qeydə almaması səbəbindən əldən verib.
Qurbanov 2006-cı ildə 10 günlük "Kayserispor"da, 2009-cu ildə "Qalatasaray"da, 2011-ci ildə "Borusiyya"da (Dortmund), 2012-ci ildə isə "Barselona"da təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə ona "Əməkdar məşqçi" adı verilib.
Sportal.az kollektivi olaraq Qurban bəyi doğum günü münasibəti ilə təbrik edir, ona şəхsi həyatında və karyerasında daha böyük uğurlar arzulayırıq.
saytlarin hazirlanmasi