"Şamaxı"nın hücumçusu Belajdi Pusi Premyer Liqanın 22-ci turunun "Sumqayıt"la matçında (1:0) sonra Sportal.az saytına müsahibə verib:
- Biz bu oyunda əsl xarakter göstərdik. Hansı ki, hər matçda göstərməli olduğumuz kimi. Məncə, hər oyunda bu şəkildə xarakter göstərsək, xal qazana bilərik.
- Qış fasiləsindən sonra komanda qalib gələ bilməmişdi, ancaq aşağı pillələrdəki rəqibləriniz qazanırdı. Bu, sizin üçün motivasiya idi, yoxas psixoloji gərginlik yaradırdı?
- Sözün açığı, bizim üçün ağır situasiya idi. Çünki rəqiblərimiz bizə bir az da yaxınlaşırdı. Lakin biz bundan sonra xal qazanmağa, qalib gəlməyə davam etməliyik. Çətin oyunlarımız oldu. Bundan sonra da çətin matçlar olacaq. Hər halda, biz hər oyuna xal qazanmaq üçün çıxacağıq.
- İlk hissə "Sumqayıt"ın, ikinci hissə isə "Şamaxı"nın üstünlüyü şəraitində keçdi. Fasilədə nələr dəyişdi?
- Birinci hissədən sonra paltardəyişmə otağında söhbət etdik. Səhvlərimiz haqda danışdıq. Baş məşqçi də tapşırıqlarını verdi. Nələri düzəltməli olduğumuzu bizə dedi. Biz də onun tapşırıqlarını yerinə yetirməyə çalışdıq.
- Növbəti həftə əsas rəqiblərinizdən olan "Kəpəz"lə qarşılaşacaqsız. Bu görüş barədə fikrin necədir?
- Biz rəqibdən asılı olmayaraq, hər oyunda qalib gəlməyə çalışırıq. Hazırda da özümüzü inkişaf etdirməyə çalışırıq. "Kəpəz"lə görüşdə də qalib gəlmək istəyirik. Bu matçda əlimizdən gələni edəcəyik.
- Premyer Liqanın sonuncusu Birinci Liqanının 3-cü komandası ilə pley-off oynaya bilər. Səncə, bu doğrudur?
- Bu haqda bir şey deyə bilməyəcəm. Çünki "Şamaxı" olaraq, biz liqanı sonuncu yerdə bitirməyi düşünmürük. Daha yuxarı yerlərdə olmağa, hər oyunda daha yaxşı olmağa çalışırıq.
- Premyer Liqada yeni sezon legioner limiti olmayacaq, komanda sayı isə 12-ə çatdırıldı. Bu barədə fikrin necədir?
- Əgər belə bir şey varsa, yaxşıdır. Yaxşı qərarlardır.
Elçin Əlixan
saytlarin hazirlanmasi