İtaliyanın "İnter" klubunun heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin hücumçuları Markus Türam və Marko Arnautoviç sıradan çıxıb. Hər iki oyunçu A Seriyasının 24-cü turunun "Fiorentina" ilə matçında (2:1) zədələnib.
Türam sol ayağından zədə alıb. Onun durumunun ciddi olduğu bildirilir. Arnautoviçin durumu isə bəlli deyil.
Qeyd edək ki, "İnter" İtaliya çempionatının növbəti turunda səfərdə "Yuventus"un qonağı olacaq. Qarşılaşma 16 fevral tarixində baş tutacaq.
saytlarin hazirlanmasi