"Turan Tovuz"un müdafiəçisi "Qəbələ"də - RƏSMİ

18:17 - 11 Fevral 2025

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sportal.az xəbər verir ki, klubun akademiyasının yetirməsi İbrahim Ramazanov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olan Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.

Qeyd edək ki, İbrahim 2023/24 mövsümündə “Qəbələ”də 4 oyun keçirib.

Xəbər xətti