Coşqun Diniyev yeni klubunda debüt oyununda 2 qol vurdu

19:59 - 11 Fevral 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 24-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" doğma meydanda "Yeni Malatyaspor"la üz-üzə gəlib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev dünən müqavilə imzaladığı "Çorum"un heyətində debüt edib. İlk matçına çıxan 29 yaşlı yarımmüdafiəçi 2 qol vuraraq, komandasına qələbə qazandırıb.

Xallarını 38-ə yüksəldən "Çorum" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti